Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələnin episentri olan Kahramanmaraşda 35 yaşlı qadın xilas edilib. O, dağıntılar altında 205 saat qalıb.
Qadın ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya göndərilib.
17:45
Zəlzələnin 9-cu günündə Hataydan daha bir sevindirici xəbər gəlib. Belə ki, Muna Dabul adlı əcnəbi qadın 204 saat sonra dağıntılar altından salamat çıxarılıb.
O, ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya göndərilib.
16:51
Kahramanmaraşda yeddimərtəbəli binanın dağıntıları altından gənc cütlük xilas edilib. Məlumata görə, xilasetmə əməliyyatları zamanı qapıçının mənzilinin altında olan zirzəmidən səs eşidilib. Xilasedicilər dərhal işlərini sürətləndiriblər. Uzun sürən səylərdən sonra 24 yaşlı Hidayət Polad adlı qadın və 32 yaşlı həyat yoldaşı Müharrem Polat 203 saat sonra xilas ediliblər.
Ailə üzvlərindən digər üç nəfərin isə həlak olduğu öyrənilib.