Xankəndi yolunda BQXK-nın 21, RSK-nın 64 avtomobili maneəsiz hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, iki minik və 37 təminat və təchizat avtomobili Laçından Xankəndi, bir minik və bir yük avtomobili isə əks istiqamətə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 64-ə çatıb.
  • Sosial şəbəkədə paylaş