Şabranda qidadan zəhərlənənlər arasında Türkiyə vətəndaşları da var

Şabranda qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır.

Bu ş barədə Şabran Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İmanqulu İbrahim məlumat verib.

Onun sözlərinə görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.

Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.

Zərərçəkənlərin digərləri yerli vətəndaşlardır.

20:42

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.
  • Sosial şəbəkədə paylaş