Yasamaldakı yanğında xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI - Bir nəfər süni tənəffüs aparatına qoşulub

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Oxu.az-a bildirib.

O qeyd edib ki, yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb:

"Beş nəfərin müalicəsi davam etdirilir. Onlardan bir nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib".
  • Sosial şəbəkədə paylaş