Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Böyük neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb və nəticədə gəmidə güclü yanğın baş verib.

Bu barədə ərəb mediası İran İslam İnqilabı Keşikçiləri Korpusuna istinadla məlumat yayıb.

Məlumata əsasən, tanker İranla razılaşdırılmamış marşrut üzrə hərəkət edib və 2 milyon bareldən çox neft daşıyıb.

Hadisə ilə bağlı məlumat hələlik digər mənbələr tərəfindən təsdiqlənməyib.
  • Sosial şəbəkədə paylaş