Murad Dadaşovun oğlunun toyudur

“Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşovun oğlu Kamalın toyudur.

O Aytən adlı xanımla ailə qurur. Mərasim “Buta Palace” şadlıq sarayında keçirilir.

Toyda şou-biznes nümayəndələri, sənət aləminin məşhur adları, ictimaiyyətin tanınmış şəxsləri, eləcə də Xalq artisti Murad Dadaşovun ailə yaxınları iştirak edirlər.

Gecədə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Xəyyam Nisanov kimi bir çox ulduz səhnəyə çıxıb. Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov) də məclisə qatılanlar arasındadır.
  • Sosial şəbəkədə paylaş