Astarada iki balıqçı itkin düşüb

Astara rayonunda balıqçılar itkin düşüb.

Ötən gecə axşam saatlarında FHN-nə Astarada iki balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-nin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.

Hazırda onların axtarışları davam etdirilir.
  • Sosial şəbəkədə paylaş