General Eyyubov tutduğu vəzifədən azad edildi

Azərbaycan Respublikası Dəniz nəqliyyatı və enerji resursları üzrə Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov tutduğu vəzifədən azad edilib.

Media məlumat yayıb.

Məlumata görə, Həsən Eyyubov Prezidentin şəxsi mühafizə xidmətinin sabiq rəhbəri Bəylər Eyyubovun qardaşı oğludur. Yerli mediada yayılan xəbərlərdə onun istefasının səbəbləri açıqlanmır.
  • Sosial şəbəkədə paylaş