Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

Qaxda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qax-Qıpçaq avtomobil yolunun rayonun Qaratala kəndindən keçən hissəsində qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 40 yaşlı Tural Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
  • Sosial şəbəkədə paylaş