Salyanda yol qəzasında ölənlərin sayı 3-ə çatıb

Salyan rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Noxudlu kənd yolunda baş verən yol qəzası zamanı xəsarət alan Tərlan İmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov da ölüb. V.İmanov T.İmanovun atası olub. Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

18:07

Salyan rayonu ərazisində 2 nəfərin ölümü, 4-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Noxudlu kəndinin yolunda "Mercedes" markalı iki nəqliyyat vasitəsi toqquşub.

Hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov ölüb. Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

17:18

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində qeydə alınıb. Rayonun Noxudlu kəndinin yolunda qeydə alınan qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb olunub.
  • Sosial şəbəkədə paylaş