Yüksək vəzifə verilən Anar Qocayev bu məşhurun qardaşı oğludur

Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Cəzaların icrasına nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qocayev Azərbaycanın məşhur polkovnikinin qardaşı oğludur.

Medianın məlumatına görə, Ədliyyə Nazirliyində idarə rəisi təyin edilən Anar Qocayev keçmiş polis rəisi, həmçinin Ədliyyə Nazirliyinin regional icra xidmətinin rəisi olmuş polkovnik Nizami Qocayevin qardaşı oğludur.

Belə ki, Anar Qocayev Nizami Qocayevin qardaşı, keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifə tutmuş Eldar Qocayevin oğludur.
  • Sosial şəbəkədə paylaş