Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xiyabanda uyuyan şəhidlərin məzarlarına gül-çiçək dəstələri qoyulub, onların xatirəsinə ehtiram ifadə olunub.
  • Sosial şəbəkədə paylaş