Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən Zayed Milli Muzeyində Leyla Əliyevanın, habelə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın və İnsan Qardaşlığı Mükafatı münsiflər heyətinin digər üzvlərinin iştirakı ilə keçirilən sessiyalarında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sessiyalar “Qadın liderliyi insan qardaşlığının möhkəmləndirilməsində əsas amillərdəndir” və “Humanitar fəaliyyətin praktiki siması: Gecikmədən cavab vermək, cəsurca rəhbərlik etmək və təmiz şəkildə icra etmək” mövzularında olub.