Zərdabda avtomobil su kanalına aşıb, 2 nəfər ölüb

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Zərdab–Kürdəmir avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı maşında olan 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş