Xarici diplomatlar Şuşada yallı getdi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağda səfərdədirlər.

Nümayəndə heyəti səfər çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
  • Sosial şəbəkədə paylaş