Culfada kanaldan cəsəd tapılıb

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanalda cəsəd aşkarlanıb.

Cəsəd Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, cəsəd FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Sosial şəbəkədə paylaş