16 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

"Teleqraf"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb.

16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
  • Sosial şəbəkədə paylaş