Rusiya-Ukrayna müharibəsində Astara rayonunun Siyəkəran kənd sakini, 5 uşaq atası Vaqif Qazı oğlu Qəhrəmanovun həlak olması xəbəri yayılıb.
Bir müddət itkin düşmüş hesab edilən həmyerlimizin nəşi tapılıb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Məlumatlara görə, Vaqif Qəhrəmanov əvvəllər Rusiyanın Dağıstan bölgəsində, Xasavyurt şəhərində yaşayıb. Azərbaycan vətəndaşı olan Qəhrəmanovun ailəsinin dolanışığı üçün Rusiyada çalışdığı, daha sonra isə müqavilə əsasında hərbi xidmətə cəlb olunduğu bildirilir.