Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

Tovuz çayında batan gəncin meyiti tapılıb.

Bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ.Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş