Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Aşura günü münasibətilə genişmiqyaslı qanvermə aksiyası keçirilir.
"Qan ver, həyat bəxş et!" şüarı altında təşkil olunan aksiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Aksiyada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif dövlət qurumlarını təmsil edən könüllülər və ictimaiyyət nümayəndələri olmaqla 100-dək şəxs iştirak edir.
Təşkilatçıların bildirdiyinə görə, tədbirin əsas məqsədi Aşura günü ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma və insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə verməkdir. Eyni zamanda aksiya cəmiyyətdə sosial məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.
Aksiya çərçivəsində toplanan qan hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. Bu təşəbbüs qana ehtiyacı olan xəstələr üçün ehtiyat fondunun zənginləşdirilməsinə də mühüm dəstək verir.
Könüllü və təmənnasız qan donorluğu cəmiyyətin sosial həmrəyliyinin ən vacib göstəricilərindən biridir. Belə aksiyalar bir tərəfdən insanların həyatının xilas edilməsinə kömək edir, digər tərəfdən isə ölkədə donorluq mədəniyyətinin formalaşması və inkişafına töhfə verir.
Qeyd edək ki, son illər Azərbaycanda dövlət qurumları, ali təhsil müəssisələri və ictimai təşkilatlar tərəfindən mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Bu təşəbbüslər xüsusilə Aşura günündə dini-mənəvi dəyərlərin humanizm və xeyriyyəçilik prinsipləri ilə vəhdət təşkil etdiyini nümayiş etdirir və vətəndaşlar tərəfindən geniş rəğbətlə qarşılanır.