Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı müharibə səbəbindən ciddi resurs və iqtisadi tükənmə ilə üz-üzə qaldığını bəyan edib.
Belarus lideri konfliktin tezliklə başa çatmasının həm Moskva, həm də Kiyev üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Lukaşenko çıxışında vəziyyəti belə dəyərləndirib: "Bu sülh olacaq. Əgər bu il baş tutmasa, gələn il mütləq əldə ediləcək. Mən buna tam əminəm... Bəli, Rusiya daha güclüdür, daha dözümlüdür və hələ uzun müddət müharibə apara bilər. Lakin hər bir halda tükənmə çox güclüdür, iqtisadiyyata təsiri böyükdür və siz də bunu görürsünüz. Bu kimə xoşdur və kimə lazımdır?Rusiyalılar bunu anlayır və sülhə hazırdırlar".
Belarus dövlət başçısı Ukrayna rəhbərliyinə də xəbərdarlıq edərək əlavə edib: "Əgər ukraynalılar bu il sülh tənzimlənməsinə getməsələr, gələn il onlar üçün daha çətin olacaq, daha sonra isə bu, ümumiyyətlə imkansız hala gələcək".