Azərbaycanda əhalinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17 445 nəfər və ya 0.2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin 54.3%-ni şəhər, 45.7%-ni kənd sakinləri təşkil edir.

Əhalinin 49.8%-i kişilər, 50.2%-i isə qadınlardır.
  • Sosial şəbəkədə paylaş