Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri seçilib.

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən qurultayda iştirak etmək üçün ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib. Onlardan 201-i qurultayda iştirak edib.

Qurultayda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
  • Sosial şəbəkədə paylaş