Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın doğum günüdür.

Bu münasibətlə Xalq artisti, iş adamı Emin Ağalarov sosial şəbəkə hesabında Leyla Əliyevaya təbrik ünvanlayıb.

O, paylaşımında qeyd edib:

"Əzizim Leyla, ad günün mübarək! Arzulayıram ki, bütün planların və arzuların mütləq gerçəkləşsin. Sənə möhkəm can sağlığı və mənəvi rahatlıq diləyirəm. Gözəl övladlarımıza görə, xeyirxahlığına, qayğıkeşliyinə və hər zaman bizi dəstəklədiyinə görə təşəkkür edirəm. Qarşıda səni çoxlu xoşbəxt anlar gözləsin. Biz səninləyik!"

  • Sosial şəbəkədə paylaş