Mövzu ilə bağlı FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili mediaya bunları danışıb:"Qurum tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq, Xidmətin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmin tədbirlər çərçivəsində ilkin olaraq, Xidmət tərəfindən sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarətdir. Bundan başqa, çimərlik mövsümündən öncə xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb. Üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə, çimərlik ərazisində maarifləndirici lövhələr yerləşdirilmişdir. Bunlardan əlavə, xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub. Həmçinin, xidmətin balansında olan texnika və vasitələr, dalğıc əməliyyatlarında istifadə edilən avadanlıqlar işlək vəziyyətə gətirilmişdir. Xidmətin aidiyyəti şöbələri mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Aqşin Əlili bildirib ki, monitorinqlər zamanı xüsusi təhlükəli hesab edilən bir sıra ərazilər müəyyən olunub: "Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Mil qaya və Şimal Qress adlanan ərazilər, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan ərazisində yerləşən və "Daçnik" kimi tanınan sahə, Binəqədi rayonu Novxanı qəsəbəsindəki Sarı qaya ərazisi, eləcə də Qaradağ rayonunda yerləşən Mayak adlanan sahə təhlükəli ərazilər kimi qeydə alınıb. Qeyd olunan ərazilərin mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olması, bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükə yaradır".
Qurum rəsmisinin sözlərinə görə, aparılan geniş maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də nəzarətsiz və çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən istifadə edirlər:"Təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşların nəzarətsiz qeyri çimərlik ərazilərindən, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır". Mütəxəssis bildirib ki, boğulma hallarına səbəb olan ən geniş yayılmış risk faktorları bunlardır: çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan ərazilərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul edib sərxoş vəziyyətdə suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır.
Nəzarət olunan (xilasedicilər olan) çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin yardım imkanları mövcud olur. Nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməkləri tövsiyə edilir".
Aqşin Əlili qeyd edib ki, cari il ərzində FHN əməkdaşları tərəfindən çoxsaylı insanın həyatı xilas olunub: "Cari ildə 13 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 19 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər Xidmət əməkdaşları tərəfindən xilas edilib və Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də onu deməyə əsas verir ki, sularda təhlükəsizliyimizin təmin olunması üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli xilasedicilərin cağırışlarına və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl edilməlidir. Təhlükə zamanı 112-yə zəng edin".