Ötən gün saat 16 radələrində Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini, 64 yaşlı Adil Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxıb və qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza nəticəsində Adil Əhmədov və sərnişini – həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatlarını itiriblər, yük avtomobilinin sürücüsü isə xəsarət alıb.
İlkin araşdırmalara görə, hadisənin “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi ehtimal olunur.
BDYPİ ehtimal edilən səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin qeydə alındığını bir daha təəssüf hissi ilə xatırladır və hazırda mövsüm üçün xarakterik olan isti havanın sürücülərin əhvali-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfərlər zamanı qısamüddətli istirahət etməyə çağırır.
“Unutmayaq: Təhlükəsizliyimizə diqqət həyatımıza və doğmalarımıza verdiyimiz dəyərdir!”, - deyə məlumatda vurğulanıb.