İyulun 18-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü qeyd olunur.
ANAMA 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilib. Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin bazasında publik hüquqi şəxs statusuna malik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. Bu gün ANAMA ölkədə minatəmizləmə ilə bağlı bütün fəaliyyəti əlaqələndirmək, prosesə nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.
Agentliyin əsas missiyası işğaldan azad edilmiş və müharibədən zərər çəkmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, bununla da həmin ərazilərdə təhlükəsiz yaşayışın, iqtisadi fəaliyyətin və humanitar inkişafın təmin edilməsinə töhfə verməkdir.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində Qarabağın 30 illik işğalına son qoyuldu. Yeni reallıqlar ANAMA qarşısında daha genişmiqyaslı və məsuliyyətli vəzifələr müəyyənləşdirdi. Bu məqsədlə qurumun maddi-texniki bazası gücləndirildi, insan resursları artırıldı, əməliyyat üsulları təkmilləşdirildi və minatəmizləmə sahəsində bir sıra yeniliklər tətbiq olundu. Həmin yeniliklərdən biri də qadınların minatəmizləmə fəaliyyətinə cəlb edilməsidir.
Vaxtilə hər qarışı mina təhlükəsi ilə üz-üzə olan torpaqlarda bu gün həyat yenidən bərpa olunur, yaşayış məntəqələri salınır, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində indiyədək 287 min 385 hektar ərazi təmizlənib, ümumilikdə 255 min 200 partlayıcı vasitə, o cümlədən 189 min 097 digər partlayıcı sursat, 42 min 235 piyadaəleyhinə mina və 23 min 868 tankəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Hazırda ANAMA müasir texnologiyalar, innovativ metodlar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatları davam etdirir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın bərpası və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi məqsədilə yüksək səviyyədə mina və digər partlayıcı sursatlarla çirklənmiş sahələrdə konservasiya tədbirləri icra olunur.
Qarabağa təhlükəsiz qayıdışın təmin edilməsində mühüm rol oynayan ANAMA vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırır, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılması naminə birgə səylərin vacibliyini vurğulayır.