Zərdabda faciəvi hadisə nəticəsində 3 yaşlı uşaq ölüb

Hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 3 yaşlı Əsma Kərimli atasının idarə etdiyi otbağlayan texnikanın altında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə şəraiti və ölümün səbəbi aparılan araşdırmalardan sonra müəyyənləşdiriləcək.
  • Sosial şəbəkədə paylaş