Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananlar var

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verib.

Ödənişli yolda sürücü "BMW X6" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Eltun Əskərov ölüb, avtomobildə olan beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş