Samuxda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov sentyabrın 9-da saat 10:00-da Samux şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Samux şəhəri, Heydər Əliyev prospekti 1) Samux və Göygöl rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, qəbul zamanı Samux və Göygöl rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
  • Sosial şəbəkədə paylaş