Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,6 % çoxdur.

Ötən 8 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq, o cümlədən 24,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,9 % artıb.
  • Sosial şəbəkədə paylaş