Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.
Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.
Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.
Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki "SOCAR International DMCC"də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.
Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Medianın xəbərinə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, E. Feyzullayev bir ildən artıqdır vəzifəsindən azad olunub.
Qeyd olunub ki, Elgün Feyzullayev hazırda Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışmır. Bununla da onun hazırda qurumda fəaliyyət göstərməsi ilə bağlı məlumatların doğru olmadığı bildirilib.