Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb

2026-cı ilin yanvar-avqust aylarında ölkədən 569,27 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 12,1 faiz artaraq 5 milyon 2,93 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında isə Azərbaycandan 4 milyon 462,93 min dollar dəyərində yəni, 491,61 ton çay ixrac edilib.
  • Sosial şəbəkədə paylaş