Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub

Qazaxda 35 yaşlı kişini ildırım vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini 1991-ci il təvəllüdlü S. Bağırovu mal-qara otararkən ildırım vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş