Meyiti tapılan gənc FHN əməkdaşı imiş

Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.

Dünyasını dəyişən şəxs, şəhər sakini 1998-ci il təvəllüdlü Əzizov Elçin Elman oğlu subay və evin tək oğlu imiş. Mərhum FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Metbuat.az)
  • Sosial şəbəkədə paylaş