Sualtı kabellərin zədələnməsi Afrika ölkələrini internetsiz qoydu

Afrikanın bir sıra ölkələrində internetlə bağlı ciddi nasazlıqlar yaranıb.

Bu barədə “Cloudflare” internet analitik şirkəti xəbər verib.

Bildirilib ki, Kot-d'İvuar, Liberiya, Benin, Qana və Burkina-Faso da daxil olmaqla azı 10 ölkədə internet kəsilib. Həmçinin Namibiya və Lesotoda da nasazlıqlar müşahidə edilib.

Buna səbəb kimi Afrikadan Avropaya (ACE) gedən sualtı rabitə kabellərinin zədələnməsi göstərilir.
Sualtı kabellərin zədələnməsi Afrika ölkələrini internetsiz qoydu
  • Sosial şəbəkədə paylaş