Kamçatkada helikopter yoxa çıxdı - göyərtəsində 22 nəfər olub

Rusiyanın Kamçatka vilayətində turist daşımaları ilə məşğul olan “Vityaz Aero” şirkətinin Mi-8 helikopteri radarlardan itib.

Hazırda helikopterdəki şəxslərdən xəbər yoxdur.

İlkin məlumatlara görə göyərtəsində 22 sərnişin olub.

Axtarışlar davam etdirilir.
  • Sosial şəbəkədə paylaş