Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Kütahya bölgəsində bu gecə 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkanlar saat 01:48-də baş verib və 10 kilometrdən artıq dərinlikdə yaranıb.

Qeyd edək ki, bölgə ötən gün də 5,4 və 4 bal gücündə zəlzələlərlə silkələnmişdi.
  • Sosial şəbəkədə paylaş