Tezliklə vəzifəsindən ayrılacaq Macarıstanın baş naziri Viktor Orban parlamentdəki deputat mandatından imtina etmək qərarına gəlib.
Hökumət başçısı mandatdan imtina etsə də, rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyasının lideri postunda qalmaq niyyətindədir.
"FİDES və Xristian-Demokrat Xalq Partiyasının (XDNP) təşkil etdiyi koalisiyanın siyahısında birinci nömrə kimi qazandığım mandat, əslində, partiyamızın mandatıdır. Bu səbəbdən ondan imtina etmək qərarına gəldim. Hazırda mənə parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkil olunması üçün ehtiyac var", - deyə Orban Macarıstan telekanalları vasitəsilə yayımlanan videomüraciətində bildirib.
O qeyd edib ki, FİDES rəhbərliyi ona partiya sədri kimi fəaliyyətini davam etdirməyi təklif edib və bu məqsədlə iyun ayında ümumilli qurultay keçirməyi planlaşdırır. Viktor Orban əlavə edib ki, əgər qurultay ona etimad göstərərsə, bu vəzifəni icra etməyə hazırdır.