Pakistanda kamikadze özünü PARTLATDI

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən kamikadze partlayışı nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər yaralanıb.

Hadisə yerindəki tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Geo TV-nin məlumatına görə, partlayışı əvvəllər "Təhrik-e-Taliban Pakistan" kimi tanınan "Fitnə əl-Xəvaric" qruplaşmasının kamikadzesi törədib.
  • Sosial şəbəkədə paylaş