Tramp: ABŞ tariflərdən ildə bir trilyon dollardan çox gəlir əldə edəcək

Amerika Prezidenti Donald Tramp bəyan edib ki, onun tətbiq etdiyi idxal tarifləri ABŞ-a illik bir trilyon dollardan çox gəlir gətirəcək.

Bu barədə o, “One America News”a müsahibəsində deyib.

“Tariflər yenicə öz bəhrəsini verməyə başlayır və son nəticədə əldə olunan gəlirlər ildə bir trilyon dollardan çox olacaq", - deyə Tramp vurğulayıb.
  • Sosial şəbəkədə paylaş