Taliban Pakistanın 7 blokpostunu ələ keçirdi

Əfqanıstan–Pakistan sərhədində Taliban silahlıları Pakistan ordusuna məxsus 7 blokpostu ələ keçirib. Hadisə iki ölkə arasında son dövrlər artan gərginlik fonunda baş verib.

Mənbələrin verdiyi məlumata görə, Taliban bu addımı Pakistanın sərhəddəki fəaliyyətlərinə cavab kimi atıb.

Bildirilir ki, son günlər Pakistan tərəfi sərhəd bölgəsində nəzarət və hərbi aktivliyini artırıb.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır. Rəsmi İslamabad hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
  • Sosial şəbəkədə paylaş