İsveç Kralının 80 yaşı tamam olur

Aprelin 30-da İsveç Kralı XVI Karl Qustavın 80 yaşı tamam olur. Saray kilsəsində mərasimlə başlayacaq və sarayda təntənəli şam yeməyi ilə başa çatacaq bayram tədbirləri bütün gün davam edəcək. Kral gün ərzində hərbi təltiflər və xalqdan təbriklər alacaq.

Kral öz yubileyi ərəfəsində “Svenska Dagbladet”ə müsahibəsində etiraf edib ki, yaşına baxmayaraq və bəzən gündəlik vəziyyətlərdə daha ehtiyatlı davransa da, özünü qoca hiss etmir.

“Məsələn, mətbəxdə dayanıb üst rəfdən bir şey almaq üçün pilləkənlə qalxmalı olduğunuzu düşündüyünüz zaman. Hər halda, son nəticədə ehtiyatla olsa da, qalxırsınız. Ağırdır. Həmişə özünüzü yaxşı, yoxsa pis hiss etdiyinizi bilmirsiniz. Bu, sonradan aydın olur. Amma hazırda özümü yaxşı hiss edirəm. Yaz gəlir”, - deyə Kral etiraf edib.

Lakin yaşla bağlı heç bir şey dəyişməyib: XVI Karlın cədvəli son dərəcə zəngin olaraq qalır. “Təqvim daim genişlənir, tədbirlər bir-birini əvəz edir... Hər tərəfdən sorğular gəlir, sonra dövlət səfərləri və sairə. Düşünürəm ki, rəhbərlik mövqeyində olan hər kəs bu hissləri keçirir və heç vaxt istədiyi kimi istirahət etmir", - deyə monarx bildirib. O əlavə edib ki, hətta cümə axşamı belə, şəxsi həyatı üçün az vaxt tapır.

Səlahiyyətlərinin ötürülməsi ilə bağlı sualı cavablayan Kral qeyd edib ki, o, vəzifələrini bacardığı qədər yerinə yetirməyə davam edəcək. Eyni zamanda, XVI Karl Qustav taxt-tacın varisi Viktoriyanın hazırlığını tərifləyərək, onu “çox qətiyyətli” adlandırıb.
  • Sosial şəbəkədə paylaş