Ukrayna Saratov neft emalı zavoduna zərbə endirdi

Ukrayna bu gecə Rusiyanın Saratovdakı neft emalı zavoduna uğurlu zərbə endirib.

Telegram kanallarında yayımlanan videolarda dronların zavoda zərbə endirdiyi, ardınca müəssisədə güclü yanğın başladığı görünür.

Saratov vilayətinin qubernatoru Roman Busargin Telegram kanalında bölgəyə dron hücumu nəticəsində mülki infrastruktura zərər dəydiyinə dair məlumat verib: "Mülki infrastruktura ziyan dəyib".

Saratov Hava Limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub.
  • Sosial şəbəkədə paylaş