Ərdoğan daimi üzvlük və veto hüququnun ləğv edilməsi ilə bağlı çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-dəki dünən axşamkı çıxışında Təhlükəsizlik Şurasında daimi üzvlük və veto hüququnun ləğv edilməsi ilə bağlı çağırış etdi.

Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının heç bir üzvü dünya ölkələrinin böyük əksəriyyətinin mövqeyini təkbaşına bloklamaq imkanına malik olmamalıdır. O, bu baxımdan veto mexanizminin aradan qaldırılmasını təklif edib. Türkiyə lideri bununla yanaşı, Təhlükəsizlik Şurasında daimi üzvlük prinsipinin də dəyişdirilməsinin tərəfdarı olduğunu açıqlayıb. Onun təklifinə əsasən, ölkələr BMT TŞ-yə müəyyən müddət üçün seçilməli və üzvlük rotasiya prinsipi əsasında həyata keçirilməlidir.
  • Sosial şəbəkədə paylaş