Ukrayna Donbasda bufer zonasının yaradılmasına razılıq verməyə hazırdır.
Bu barədə Fransanın "Le Monde" qəzeti Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyaka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, cəbhə xəttinin hər iki tərəfində silahsızlaşdırılmış zona yaradılmalıdır.
Bununla yanaşı, hüquqi və məntiqi baxımdan bütün silah növlərinin, yoxsa yalnız ağır silahların çıxarılmasının zəruri olub-olmadığı da dəqiqləşdirilməlidir.
Qeyd olunur ki, bu bənd Ukraynanın Avropa müttəfiqlərinin dəstəyi ilə hazırladığı 20 bəndlik ABŞ sülh planının yenilənmiş versiyasına daxil edilib.