Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

110 ailə olmaqla, 397 nəfər Ağdam sakini doğma yurduna qovuşub.

Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

ANAMA-nın əməkdaşları tərəfindən sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdimat mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
  • Sosial şəbəkədə paylaş