Ukrayna prezidentinin ofisi Donbasda “demilitarizasiya zonası”nın yaradılması ehtimalı ilə bağlı xəbərləri təkzib edib

Ukrayna Prezidentinin Ofisi (OP) Fransanın “Le Monde” nəşrinin Ukraynanın Donbasda “demilitarizasiya zonası” yaratmağa hazır olması ilə bağlı xəbərlərini təkzib edib.

Ukrayna prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə verdiyi şərhdə nəşrdəki məlumatların yanlış təqdim edildiyini və Prezident Administrasiyası rəhbərinin müşaviri Podolyakın təsdiq edilmiş qərarlardan deyil, yalnız müzakirə oluna bilən nəzəri modellərdən danışdığını vurğulayıb.

Litvin əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski dünən təsdiqlədiyi kimi, bu cür məsələləri yalnız ən yüksək siyasi səviyyədə və ya Ukrayna xalqı həll edə bilər.
  • Sosial şəbəkədə paylaş