Tehranda etirazlar kəskinləşdi

Tehranda keçirilən kütləvi etiraz aksiyaları zamanı nümayişçilər ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin təsvir olunduğu plakatları yandırıblar.

Şahidlərin və sosial şəbəkələrdə yayılan görüntülərin məlumatına görə, etirazçılar küçələrdə “Azadlıq, azadlıq, azadlıq!” şüarları səsləndirərək hökumət əleyhinə çağırışlar ediblər. Aksiyalar fonunda təhlükəsizlik qüvvələrinin bəzi ərazilərdə mövqelərini gücləndirdiyi bildirilir.
  • Sosial şəbəkədə paylaş