İsraildən İrana qarşı üçüncü müharibənin anonsu

İsrailin müdafiə naziri İsrael Katz cümə axşamı təhlükəsizlik tədbirləri ilə bağlı danışarkən bildirib ki, Təl-Əviv İranla müharibəni yenidən başlatmağa hazırdır. Musavat.com-un məlumatına görə, nazir deyib ki, İsrail bunun üçün ABŞ-dən “yaşıl işıq” gözləyir. Növbəti müharibə xəbərdarlığı beynəlxalq və etibarlı mənbələrdə də əksini tapıb və rezonans doğurub.

“Times of Israel”in məlumatına görə, Katz daha sonra bildirib: “İsrail İranla müharibəni yenidən başlatmağa hazırdır. İsrail ordusu həm müdafiə, həm də hücum üçün hazırdır və hədəflər müəyyən edilib”. İsrailli nazir İranın yeni rəhbərliyini və enerji obyektlərini hədəfə almağa hazır olduqları da elan edib.

“Associated Press” və “The Washington Post”un canlı yayım hesabatlarında da xəbərlərə geniş yer verdiklərini bildirib. Nüfuzlu media orqanları Katzın ABŞ-dan “yaşıl işıq” gözlədiyini və İsrail ordusunun hücum və müdafiə əməliyyatlarına hazır olduğu haqda xəbərdarlıqlarına yer ayırıb.
Katz İranı “fərqli və ölümcül” hücumla təhdid edib və deyib ki, növbəti zərbələr “ən ağrılı nöqtələrə” yönələcək. Bildirilir ki, bu xəbərdarlıq “Times of Israel”də açıq şəkildə yer alıb.

“Reuters”in daha əvvəl yaydığı xəbərdə də eyni xəbərdarlıq əksini tapıb.
  • Sosial şəbəkədə paylaş